AZ

NATO-nun Baş katibi dünyanın ən böyük və ən güclü ölkəsini açıqlayıb

NATO-nun Baş katibi Mark Rütte Brüsseldə Şimali Atlantika Alyansına üzv dövlətlərin müdafiə nazirlərinin toplantısından sonra keçirilən mətbuat konfransında ABŞ-ın dünyanın ən böyük və ən güclü ölkəsi olduğunu bəyan edib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

“Amerika Birləşmiş Ştatları dünyanın ən böyük və ən güclü ölkəsidir”, – deyə bildirən Rütte ABŞ-ın müdafiə naziri Pit Heqsetin Belçikanın paytaxtına səfər etməməsinin səbəbini də izah edib.

Baş katibin sözlərinə görə, buna səbəb amerikalıların dünyanın digər regionları ilə də məşğul olmaq məcburiyyətində olmalarıdır.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının ərazisi təxminən 9,87 milyon kvadrat kilometrdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr