Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Uzun illərdir aktyorluq fəaliyyəti ilə ekranların ən tanınmış simalarından biri olan məşhur türkiyəli aktrisa Beren Saat musiqi karyerasına başlayıb və ilk mahnısını təqdim edib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Beren Saatın musiqi aləmindəki ilk işi "CapitaliZoo" adlanır. Elektron pop janrında ərsəyə gələn mahnı istər musiqi quruluşu, istərsə də konsepsiyası ilə diqqət çəkir. Mahnının ingilis dilində səsləndirilməsi layihənin beynəlxalq dinləyici kütləsinə xitab etmək məqsədindən xəbər verir.
View this post on Instagram
A post shared by Oxu.Az (@oxuaz)
Beren Saatın bu layihədə sadəcə ifaçı qismində deyil, həm də yaradıcılıq prosesinin fəal iştirakçısı olduğu qeyd edilir.
Mahnının yayımlanmasından sonra sosial şəbəkələrdə geniş müzakirələr başlanıb. Pərəstişkarları Beren Saatın musiqiyə istiqamətlənməsini cəsarətli və gözlənilməz addım kimi qiymətləndiriblər. Mahnını bəyənənlər olduğu kimi, tənqidi yanaşanlar da olub.












Beren Saatın bu addımının bir dəfə üçün nəzərdə tutulmuş layihə, yoxsa uzunmüddətli musiqi karyerasının başlanğıcı olub-olmadığı müzakirə mövzusu olub. Kulis söhbətlərində sənətçinin yeni musiqi layihələri üzərində çalışdığına dair iddialar da səslənməkdədir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.