AZ

2 aylıq körpəsindən imtina etdiVİDEO

Qadın körpəsindən imtina edib.

Xezerxeber.az xəbər verir ki, üzücü hadisə  Gəncədə yaşanıb.

21 yaşlı şəhər sakini ötən ilin dekabr ayında dünyaya gətirdiyi qız övladını böyütməkdən imtina edib.

Ana, ona övladını böyütmək üçün təklif olunan dəstəklərdən imtina etdiyi üçün köpə Gəncə Uşaq Xəstəxanasına yerləşdirilib.

Məsələ ilə əlaqədar Sosial Xidmətlər Agentliyindən bildirilib ki, körpənin anası müxtəlif səbəblərdən qızına qayğı göstərə bilmədiyini və onun uşaq müəssisələrindən birinə yerləşdirilməsini xahiş edib. Agentliyin əməkdaşları ilkin qiymətləndirmə məqsədilə ananın yaşadığı ünvana səfər ediblər. Qiymətləndirmə zamanı anaya övladına özünün qayğı göstərməsi üçün sosial dəstək tədbirləri ilə əhatə olunması təklif edilsə də o, bundan imtina edib. Bundan sonra körpə müvafiq tibbi müayinələrə yönləndirilib. Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün körpələr evinə yerləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
146
xezerxeber.az

1Mənbələr