AZ

Şəkər kəskin ucuzlaşdı

Londonun ICE birjasında təmizlənməmiş şəkər fyuçerslərinin qiyməti funt başına 0,14 dollara düşərək 2020-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə çatıb

Publika.az "Financial Times" qəzetinə istinadla xəbər verir ki, bu enişin səbəbi arıqlama dərmanlarının artan populyarlığı olub.

Bu, toxluq hissi yaradan arıqlama üçün nəzərdə tutulmuş inyeksiya edilə bilən GLP-1 dərmanlarının istifadəsinə aiddir. Bu maddə "Novo Nordisk" şirkətinin "Ozempic" və "Wegovy", eləcə də "Eli Lilly" şirkətinin "Mounjaro" və "Zepbound" kimi dərmanlarının əsasını təşkil edir. Jurnalistlər bu dərmanların ABŞ-da geniş yayıldığını qeyd edirlər .

Britaniya maliyyə şirkəti "Marex"in nümayəndələri FT-yə bildiriblər ki, "İstehlakın azalması, daha doğrusu, bu azalmanın sürəti şəkər sənayesini təəccübləndirib".

Nəşrin müsahibə verdiyi analitiklər izah ediblər ki, şəkər bazarları istehlakçı davranışındakı dəyişikliklərə xüsusilə həssasdır, çünki tələbat kiçik bir qrup insan arasında cəmləşib.

Seçilən
109
1
publika.az

2Mənbələr