AZ

Bərdədə baş verən ağır qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bərdə rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Far.Az"un Qarabağ bürosunun xəbərinə görə, hadisə Yevlax-Bərdə magistral yolunun rayonun Gərənə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə Elməddin Ocaqverdiyev hadisə yerində ölüb, Musayev Vasif İsfənsiyar oğlu və Əhmədov Elçin Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
1
far.az

2Mənbələr