Azərbaycan Basketbol Liqasında XVII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün yeganə matçında "Naxçıvan" "Sumqayıt"ın qonağı olub.
Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan matç "Naxçıvan"ın 110:107 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, tura fevralın 14-də yekun vurulacaq. Ötən gün "Sərhədçi" səfərdə "Lənkəran"ı məğlub edib - 83:69.