AZ

Bakıda satışa çıxan fevral çiyələkləri Bu şəxslər uzaq dursun

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda çiyələk mövsümünün vaxtından tez başlaması həm maraq, həm də müəyyən narahatlıqlar doğurur. Əvvəllər yalnız xüsusi marketlərdə və ya butik piştaxtalarda rast gəlinən bu meyvənin indi paytaxtın hər küncündə qarşımıza çıxması onun mənşəyi və sağlamlığa təsiri barədə sualları artırır.Məsələ ilə bağlı Demokrat.az-a danışan qida eksperti İlkin Şirinov bildirib ki, hər bir meyvə və tərəvəzi öz mövsümündə yemək daha doğru hesab olunur:“Biz hər zaman vurğulayırıq ki, hər bir meyvə və tərəvəzi öz mövsümündə yemək daha doğru və faydalıdır. Çünki mövsümündə yetişən məhsullar orqanizm üçün daha təhlükəsiz və faydalı hesab olunur. Torpaq gübrələrlə, xüsusilə azot gübrələri və pestisidlərlə işlənərkən bu maddələrin meyvəyə keçmə ehtimalı artır. Üstəlik, çiyələyin qabığı çox zərif və nazikdir, bu da kimyəvi maddələrin meyvənin daxil qatlarına keçmə riskini yüksəldir. Hazırda satışda olan bütün çiyələklərin laborator yoxlamadan keçdiyini tam əminliklə demək mümkün deyil. Çiyələyin təbii yetişmə dövrü əsasən aprel–iyun aylarına təsadüf edir. Buna görə də bu meyvəni məhz mövsümündə istehlak etmək daha məqsədəuyğun sayılır”.Meyvənin vizual cəlbediciliyi çox vaxt tərkibindəki təhlükələri gizləyən bir pərdə rolunu oynayır. Xüsusilə eyni ölçüdə olan, qeyri-təbii dərəcədə parıldayan və sanki qəlibdən çıxmış kimi bir-birinə bənzəyən çiyələklər çox vaxt intensiv kimyəvi müdaxilənin xəbərçisidir. Nazik qabığı səbəbindən zərərli maddələri süngər kimi canına çəkən bu meyvə, həm də orqanizmdə kəskin allergik reaksiyalar yarada bilir. Məhz bu riskləri minimuma endirmək üçün mütəxəssis xəbərdarlıq edir ki, çiyələyi yalnız axar su ilə yumaq kifayət deyil, onu 5-10 dəqiqə sirkəli və ya sodalı suda saxlamaq pestisid qalıqlarını təmizləmək üçün vacibdir.Ekspert qeyd edib ki, azyaşlıların və hamilə qadınların qidalanmasında xüsusi həssaslıq tələb olunur, çünki aprel ayından əvvəl satışa çıxarılan məhsulların laborator təhlükəsizliyi hələ də ciddi şübhə altındadır.Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
132
1
demokrat.az

1Mənbələr