AZ

Sibel Canın stilisti də Könül Həmzəyevadan şikayətçidir

Türkiyənin məşhur müğənnisi Sibel Canın stilisti Fulya Tanyol da “BeautyTime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevadan şikayətlənib.

"Unikal" "Olay"a istinadən xəbər verir ki, o  iddia edib ki, K. Həmzəyeva onun əməkdaşlıq etdiyi kürk mağazasından gödəkcə alıb, amma pul verməyib:

“Könül adlı xanım mənim kürk brendimdən 4-5 gödəkcə aldı, hotelə göndərməyimi istədi. Sonra nə pulu verdi, nə də kürkləri qaytardı. Həm məni, həm də firmanı aldatdı”.  

Qeyd edək ki, bloqer Fidan Zeyn və Azerina kimi tanınan Əfsanə Qasımova, bununla yanaşı türk vizajist Serhat Şen də K. Həmzəyevadan şikayətçidir.

Seçilən
18
3
unikal.az

4Mənbələr