AZ

Türkmənistan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu

BAKI, 12 fevral. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov və türkmənistanlı həmkarı Rəşid Meredov arasında telefon danışığı keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər Rusiya-Türkmənistan strateji tərəfdaşlığının aktual məsələlərini və gələcək əməkdaşlıq planlarını müzakirə ediblər. Əsas diqqət yaxın müddətdə nəzərdə tutulan yüksək səviyyəli ikitərəfli təmasların hazırlıq prosesinə yönəldilib.

Tərəflər ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq və regional platformalarda, xüsusilə Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, "Xəzəryanı dövlətlər formatı"nda əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Söhbətin sonunda Sergey Lavrov və Rəşid Meredov hər iki ölkədə qeyd olunan diplomatik işçilərin peşə bayramı münasibətilə bir-birlərini təbrik ediblər.

Seçilən
18
teleqraf.com

1Mənbələr