AZ

Xolesterol dərmanlarıimpotensiyada faydalıdır


Statin qəbulu orta yaşlı kişilər üçün xolesterolu azaltmaqdan əlavə daha bir fayda ortaya qoydu.

Medicina.az xəbər verir ki, yunan alimlərinin araşdırmasına görə, bu dərmanlar ereksiyanı 43% yaxşılaşdırır.

Ereksiya disfunksiyasından əziyyət çəkənlər yüksək xolesterolla mübarizə aparmaq və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün statin dərmanlarını qəbul etməkdən faydalana bilərlər.

Tədqiqatçılar bu münasib həblərincinsi zəifliyin müalicəsində də təsirli olduğunu aşkar ediblər.

Bu xüsusiyyət 40 yaşdan yuxarı kişilərin üçdə ikisinin müəyyən dərəcədə erektil disfunksiyadan əziyyət çəkdiyini və bu kişilərin çoxunun yüksək xolesterol səviyyələrinə görə statinlərə uyğun olduğunu nəzərə alsaq, olduqca dəyərlidir.

Tədqiqatın müəllifləri vurğulayırlar ki, bu halda statin qəbul etmək bir daşla iki quşu vurmaq deməkdir,xolesterol səviyyəsini aşağı salır və ereksiyanı yaxşılaşdırır. Statinlər qan damarlarına və qan dövranına müsbət təsir göstərir ki, bu da onların iktidarsızlığın müalicəsində effektivliyini izah edir. Alimlər bunu tədqiqat başlamazdan əvvəl bilirdilər, lakin dərmanlardan bu qədər böyük və nəzərə çarpan bir təsir gözləmirdilər.


Tədqiqatda təxminən 40-70 yaş arası 100 kişi iştirak edib. Hamısı yüksək xolesteroldan əziyyət çəkirdi və erektil disfunksiya yaşayırdı. Könüllülərin yarısı üç ay ərzində aşağı dozada atorvastatin (bu kateqoriyada ən çox yayılmış dərmanlardan biri) qəbul edib. Digər yarısı isə heç bir həb qəbul etməyib.

Kişilərin birinci qrupunda erektil disfunksiya balları 4,9 bal artaraq 11,4-dən 16,3-ə çatıb ki, bu da 43% artım deməkdir. İkinci qrupda isə heç bir irəliləyiş müşahidə edilməyib.


Aygün Musayeva


Seçilən
21
1
medicina.az

2Mənbələr