AZ

Aylıq sosial yardım alan uşaqların sayı 565 mindən 600 minə yüksəlib - AÇIQLAMA / VİDEO

"Hazırda Azərbaycanda 600 minə yaxın uşaq aylıq sosial ödənişlə təmin edilir. Nəzərə alsaq ki, bu rəqəmə müxtəlif kateqoriyalar üzrə — o cümlədən əlilliyə görə, ailə başçısını itirməyə görə, aztəminatlı ailələr və hərbi qulluqçuların övladları üzrə verilən aylıq sosial ödənişlər daxildir, bu göstərici ölkədə uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirildiyini göstərir".

QHT.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, bu rəqəm eyni zamanda sosial müdafiə tədbirlərinə cəlb olunan uşaqların sayında artım olduğunu bir daha təsdiq edir. Müqayisə üçün qeyd edim ki, 2019-cu ildə aylıq sosial yardım alan uşaqların sayı 565 min nəfər idi:

"Son illərdə aylıq sosial yardım alan uşaqların sayında artım müşahidə olunması, şübhəsiz ki, uşaqların sosial hüquqlarının daha effektiv qorunması baxımından mühüm əhəmiyyət kəsb edir".

 

 

Pərvanə Fərhadqızı

Seçilən
19
qht.az

1Mənbələr