AZ

"Fənərbaxça" "Bavariya"nın hücumçusu ilə maraqlanır

Bakı. Trend:

"Fənərbaxça" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyiplanlaşdırır.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfiicarə əsasında "Bavariya"da çıxış edən Nikolas Ceksondur.

Türkiyə klubu seneqallı forvardın müqavilə ilə məxsus olduğu"Çelsi" ilə ilkin danışıqlara başlayıb. 24 yaşlı hücumçu özü Londonklubundan ayrılmağa isti yanaşır.

Qeyd edək ki, "Bavariya" Nikolas Ceksonu 2025-ci ilin sentyabrayında icarəyə götürüb. Seneqal millisinin üzvü Münhentəmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol və 1məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr