AZ

UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək

style='margin-bottom:10px;'>

UEFA ötən ilin maliyyə yekunlarını açıqlayıb.

QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, kişi klub turnirlərindən əldə edilən gəlir rekord həddə çatıb.

Hesabata əsasən, ümumi gəlir 4.4 milyard avro təşkil edib. Bu isə 2023/24 mövsümü ilə müqayisədə 690 milyon avro artım deməkdir. Bu artım klublara edilən ödənişlərə də təsir edib. Ümumi məbləğ 4.4 milyard avroya çatıb (əvvəlki mövsümdən 400 milyon çox).

Ən diqqətçəkən məqam isə avrokuboklarda iştirak etməyən klublara ayrılan vəsaitin kəskin artmasıdır. UEFA ümumi gəlirin 10 faizini həmrəylik ödənişlərinə yönəldib. Bu, 308 milyon avro təşkil edir ki, əvvəlki illə müqayisədə 76 faiz artım deməkdir.

Bundan başqa, UEFA Gənclər Liqası və qadın futboluna dəstək məqsədilə 25 milyon avro ayırıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr