AZ

Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə görüşüb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Serbiya Prezidenti Aleksandr Vuçiç ilə paytaxt Ankarada bir araya gəlib.

TurkicWorld xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra dövlət başçıları əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş keçiriblər. Görüşlər zamanı Türkiyə və Serbiya arasındakı ikitərəfli münasibətlərin mövcud vəziyyəti, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Müzakirələrin yekunu olaraq iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlərin imzalanma mərasimi keçiriləcək. Səfərin sonunda Rəcəb Tayyib Ərdoğan və Aleksandr Vuçiç mətbuat üçün birgə bəyanatla çıxış edərək görüşün nəticələrini və gələcək perspektivləri qiymətləndirəcəklər.

Seçilən
14
turkic.world

1Mənbələr