I Liqada "Ayın qolu" layihəsinin qalibi mükafatlandırılıb.

Offsideplus.az xəbər verir ki, "Səbail" futbol klubunun üzvü Ruslan Voronsova mükafatı təqdim olunub. Bu barədə PFL-nin rəsmi saytı məlumat yayıb. 

Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XIV turun "Səbail" - "Şəfa" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.