AZ

“Trampın nüvə iddiaları sual altındadır”

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Trampın prezidentliyi dövründə ABŞ–Şimali Koreya dialoqu, Hindistan–Pakistan gərginliyi və Rusiya ilə münasibətlərdə müəyyən diplomatik təmaslar baş versə də, bu proseslər nüvə təhlükəsini sistemli və institusional şəkildə aradan qaldıran mexanizmlərlə nəticələnməyib”.

Bunu Politoloq Elman Telmanoğlu “Xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.

Onun sözlərinə görə “Əksinə, Tramp administrasiyası Strateji Silahların Azaldılması Müqaviləsi (New START) kimi beynəlxalq təhlükəsizlik arxitekturasının əsas sütunlarına skeptik yanaşma nümayiş etdirib. Bu isə qlobal nüvə təhlükəsizliyinin möhkəmlənməsinə xidmət etməyib.Trampın fərdi təşəbbüsləri bəzi hallarda qısamüddətli eskalasiyaların qarşısını almış ola bilər, lakin bunu qlobal nüvə təhlükəsizliyinin təminatı kimi təqdim etmək faktiki reallıqla uzlaşmır”.

Elman Telmanoğlu Tramp dövründə ABŞ ordusunun gücləndirilməsinin ikili təsir yaratdığını da qeyd edib:

“Bir tərəfdən bu siyasət Vaşinqtonun hərbi üstünlüyünü möhkəmləndirir və müttəfiqlər üçün çəkindirici faktor rolunu oynayır. Digər tərəfdən isə silahlanmanın sürətlənməsi qlobal təhlükəsizlik balansını pozur və böyük güclər arasında yeni silahlanma yarışını stimullaşdırır.Rusiya, Çin və digər regional güclər ABŞ-ın artan hərbi üstünlüyünə cavab olaraq öz müdafiə və hücum potensiallarını artırmağa məcbur qalırlar. Xüsusilə kosmik qüvvələrin yaradılması və nüvə arsenalının modernləşdirilməsi mövcud beynəlxalq qaydaların zəifləməsinə gətirib çıxarır.

Trampın hərbi gücə əsaslanan yanaşması qısamüddətli perspektivdə müəyyən sabitlik effekti yaratsa da, uzunmüddətli baxımdan qlobal riskləri artıran və qarşıdurma ehtimalını yüksəldən faktor kimi qiymətləndirilməlidir”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
icma.az

1Mənbələr