AZ

Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qald

BƏƏ-nin "Əl-İttifaq" (Dubay) klubunda çıxış edən hücumçu Mario Balotelli növbəti dəfə qalmaqalla gündəmə gəlib.

"Unikal" xəbər verir ki, italiyalı ulduz futbolçu "Dubay Siti" ilə qarşılaşmada irqçi təhqirlərə məruz qaldığını açıqlayıb.

Sosial şəbəkə hesabında paylaşım edən Balotelli matç zamanı ona qarşı işlədilən ifadələrdən şoka düşdüyünü bildirib:

"Matç zamanı mənə dəfələrlə irqçi ifadələr işlətdilər. "Get banan ye" dedilər. İrqçiliyə nə futbolda, nə də cəmiyyətdə yer yoxdur. Bu davranışı normallaşdırmaq, bəraət qazandırmaq və ya görməzdən gəlmək olmaz. Mən bunu təkcə özüm üçün yox, bu halla üzləşən hər bir oyunçu üçün deyirəm. Bəsdir artıq!"

Xatırladaq ki, "İnter", "Mançester Siti", "Milan" və "Liverpul" kimi nəhənglərin sabiq ulduzu bu ilin yanvarında Dubay klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Seçilən
2
26
unikal.az

10Mənbələr