AZ

Cəmi 27 gün yaşadı: Əməliyyatdan əvvəl bu analiz mütləqdir, yoxsa... AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Türkiyədə hələ bir ayı tamam olmamış körpənin sünnət əməliyyatından sonra dünyasını dəyişməsi narahatlıq doğurub. Cəmi 27 günlük olan körpənin ölümü bu cür tibbi prosedurların risklərini və təhlükəsizlik qaydalarını yenidən müzakirə obyektinə çevirib. Valideynləri qorxuya salan hadisə kiçik yaşlı uşaqlarda cərrahi müdaxilələrin nə dərəcədə həssas bir məsələ olduğunu ortaya qoyur.Məsələ ilə bağlı Demokrat.az-a danışan tibb eksperti Şahvələd Məmmədov bildirib ki, 27 günlük körpənin sünnətdən sonra ölümü ciddi problem hesab olunur:“Təbii ki, bu, uşaq ölümü kimi qiymətləndirilir və çox təəssüf doğurur. Sünnət proseduru mütləq tibbi personal tərəfindən həyata keçirilməlidir. Əgər əməliyyat təcrübəsiz şəxslər, məsələn, təsadüfi insanlar və ya qeyri-peşəkarlar tərəfindən icra olunarsa, ciddi risklər yaranır. Uşaq cərrahi əməliyyatları isə tamamilə fərqli yanaşma tələb edir”, – deyə ekspert qeyd edib.Şahvələd Məmmədov əlavə edib ki, əməliyyatdan əvvəl uşağın sağlamlıq vəziyyəti diqqətlə qiymətləndirilməlidir:“Uşağın qanama riski olub-olmaması, qanaxmaya meyilli xəstəlikləri olub-olmaması müəyyən edilməlidir. Bu körpə ən azından qanama nəticəsində həyatını itirib. Buna görə də risk faktorları olan uşaqlar əməliyyatdan əvvəl mütləq tibbi müayinədən keçməlidir”, – deyə ekspert bildirib.O vurğulayıb ki, qan analizi və laxtalanma faktorlarının yoxlanması sünnətin təhlükəsizliyini təmin etmək üçün vacibdir:“Yəqin ki, burada baş vermiş ölümün səbəbi qan laxtalanma problemi olub”, – deyə Şahvələd Məmmədov qeyd edib.Qeyd edək ki, hadisə valideynlər və tibb ictimaiyyəti üçün uşaq əməliyyatlarının təhlükəsizliyinə diqqəti artıran ciddi xəbərdarlıqdır.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
127
1
demokrat.az

2Mənbələr