AZ

Premyer Liqada Vlahoviç həyəcanı - ƏTRAFLI

"Yuventus"un serbiyalı ulduzu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, hücumçu yayda müqaviləsi başa çatdıqdan sonra azad agent kimi Premyer Liqaya yollanmağı planlaşdırır.

"TEAMtalk"ın yaydığı məlumata görə, "Tottenhem" futbolçu ilə maraqlansa da, hazırda yarışda "Çelsi" öndədir. Turin klubunun illik 12 milyon avroluq maaş təklifini qəbul etməyən Vlahoviç, rəhbərliklə yeni müqavilə danışıqlarını tamamilə dayandırıb.

"Zadəganlar" serbiyalı forvardı heyətdəki Liam Delapı əvəz edəcək ciddi bir güc kimi görürlər. Azad agent statusunda olması 25 yaşlı hücumçunu transfer bazarının ən dadlı tikəsinə çevirib.

Turin təmsilçisi isə ulduzunu pulsuz itirməmək üçün son gedişlərini edir.

Kamil Xudiyev

Seçilən
3
1
fanat.az

2Mənbələr