AZ

NATO-nun Baş katibiABŞ-nin dünyanın ən qüdrətli dövləti adlandırdı

BAKI, 12 fevral. TELEQRAF

NATO-nun Baş katibi Mark Rutte ABŞ-nin dünyanın ən qüdrətli dövləti adlandırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Mark Rutte ABŞ-nin müdafiə naziri Pit Heqsetin Brüsselə gəlməməsinin səbəbini izah edərkən Vaşinqtonun qlobal məsuliyyətlərini vurğulayıb:

"ABŞ dünyanın ən böyük və ən güclü ölkəsidir. Müdafiə nazirinin görüşdə iştirak etməməsi ABŞ-ın eyni zamanda dünyanın digər regionları ilə də məşğul olmaq zərurətindən irəli gəlir".

Seçilən
23
2
teleqraf.com

3Mənbələr