AZ

''Qalatasaray''ın sabiq rəsmisindən sürpriz Arsen Venger təklifi

''Qalatasaray''ın sabiq ikinci başqanı Turqay Kıran maraqlı bir təklif irəli sürüb.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi Okan Burukla daxili turnirlərdə dominantlıq etsə də, avrokuboklarda nəticələr çox da ürəkaçan deyil.

Bir ''yutub'' kanalının qonağı olan Kıran avrokubok matçları üçün Okan Buruka məsləhət verib:

''Buruk çox istedadlı məşqçidi və qazandığı uğurları heç kim inkar edə bilməz. Ancaq Avropada da uğur qazanması üçün çox təcrübəli bir məsləhətçiyə ehtiyacı var. Avrokubok matçlarında nəticələrimiz ürəkaçan deyil. Ona görə də yaxşı bir məsləhətçi gətirilməlidi. Mənim təklifim Arsen Vengerdi. Məncə, ''Qalatasaray''a tez uyğunlaşar. Futbol məsləhətçisi kimi çalışmağa razı olar. Onunla ünsiyyətim var və bəzən görüşüb söhbət edirik. Avropadakı rəqibləri sadəcə bir neçə izləmə komitəsinin üzvünə izlətdirmək yetərli deyil. Rəqiblərin bütün özəlliklərini bilən bir futbol adamına ehtiyacımız var. Venger bu ehtiyacı tam qarşılamağa qadirdi''.

Qeyd edək ki, futbol dünyasında ''Arsenal''ın başında qazandığı uğurlarla tanınan fransalı Venger son illərdə FİFA-da inkişaf direktoru vəzifəsində çalışır.
Seçilən
41
1
football-plus.az

2Mənbələr