AZ

QHT-lər üçün WUF13-ə həsr olunmuş məlumatlandırma sessiyası keçirildi - FOTOLAR

2026-cı il fevralın 12-də Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri üçün şəhərsalma, dayanıqlılıq prinsipləri və Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunnmuş məlumatlandırma sessiyası təşkil olunub. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən sessiyada 100-ə yaxın QHT nümayəndəsi iştirak edib.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılara WUF13-ün proqramı və yenilikləri barədə təqdimat keçirilib. Sessiya zamanı şəhərsalma və dayanıqlılıq sahəsində qlobal çağırışlar, şəhərlərin karbon izinə təsir edən amillər və qabaqcıl beynəlxalq təcrübələr müzakirə olunub.

Tədbirdə müasir dövrdə iqlimə davamlı şəhər sistemləri, mənzil təminatı, şəhər mobilliyinin əhəmiyyəti, eləcə də vətəndaşlar üçün əlçatan və inklüziv şəhər inkişafı ilə bağlı təqdimatlar edilib. Müzakirələr zamanı iştirakçılar dayanıqlı şəhər inkişafında vətəndaş cəmiyyətinin rolu və bu sahəyə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.

 

Seçilən
12
qht.az

1Mənbələr