AZ

Azərbaycanda 35 illik dostunun şikayəti əsasında mühakimə olunan 71 yaşlı kişiyə bəraət verildi

BAKI, 12 fevral. TELEQRAF

Azərbaycanda 35 illik dostunun şikayəti əsasında mühakimə edilən 71 yaşlı Nazim Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə onun barəsində bəraət verib.

Qeyd edək ki, Nazim Xudaverdiyev “Our Orchards” MMC-nin idarə heyətinin sədri olub.

İttihama görə, o, sədri olduğu müddətdə dostu Namiq Məmmədmuradovun etibarından sui-istifadə etməklə ona 153 min 500 manatlıq ziyan vurub.

N.Xudaverdiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub.

Seçilən
33
teleqraf.com

1Mənbələr