Mərkəzi Neftçilər Xəstəxanasının Əməliyyat blokunda əsaslı təmirdən sonra tibbi standartlara cavab verən yeni əməliyyatxana istifadəyə verilib.
Medicina.az xəbər verir ki, yenilənmiş əməliyyatxana yüksək texnoloji avadanlıqlarla təchiz olunaraq cərrahi xidmətlərin təhlükəsiz, səmərəli və keyfiyyətli təşkili işində xəstəxananın imkanlarını artırır.
Yeni əməliyyatxananın açılışı xəstəxana rəhbərliyinin iştirakı ilə baş tutub. Rəhbər heyət mühüm yeniliyin həm tibbi heyət, həm də pasiyentlər üçün uğurlu nəticələrə vəsilə olacağından danışıb.
Yaradılan yeni şərait Mərkəzi Neftçilər Xəstəxanasında göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə və pasiyent məmnuniyyətinin artırılmasına xidmət edir.
