AZ

"Rusiyanın görüş üçün Moskvanı təklif etməsi Ukrayna üçün alçaldıcı təklifdir"

"Ukrayna üçün sülh maraqlıdır və rəsmi Kiyev sülh istiqamətində Rusiya ilə danışıqlardan daim imtina etməyib. Bu müstəvidə Volodimir Zelenski Vladimir Putinlə görüşə hazır olduğunu bildirib. Amma Vladimir Putin qeyd edir ki, Zelenskini Moskvada qəbul edə bilər".

Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirdi. 

Onun fikrincə, Rusiyanın görüş üçün Moskvanı təklif etməsi bir növ Ukrayna tərəfinə qarşı alçaldıcı təklifdir:

"Ukrayna tərəfi heç vaxt Moskvaya gedə bilməz və bu, Putinin görüşdən yayınması kimi qiymətləndirilə bilər. Zelenskinin mövqeyi isə aydındır: o, Belarus və Rusiyadan başqa digər ölkələrdə Putinlə görüşə hazır olduğunu vurğulayıb. Bu, təbii ki, real və praqmatik yanaşma, eyni zamanda sülhə və danışıqlara açıq olduğunun göstəricisidir. Düşünürəm ki, Ukrayna və Rusiya prezidentləri digər ölkədə görüşüb danışıqlara başlasalar, orta məxrəcə gəlmək mümkün ola bilər. Amma hazırkı müstəvidə görüşdən yayınan tərəf birbaşa Rusiya Prezidenti Vladimir Putindir. Amerikanın da təklifi var ki, Zelenski və Vladimir Putin görüşsün. ABŞ Rusiyaya ciddi təzyiqlər edərsə, Rusiya Prezidenti Zelenski ilə Türkiyədə, İstanbulda da görüşə bilər".

Xədicə BAXIŞLI

Seçilən
9
1
redaktor.az

2Mənbələr