Bakı, 12 fevral, Aynur Əlixanlı, foto Azər İbrahimov, video Namiq Abdullayev
Futbolçularımız üçün sıx qrafikdə oynamaq çətindir. Çünki oyunlara istədiyimiz kimi hazırlaşa bilmirik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, artıq bu rejimə öyrəşdiklərini söyləyib: “Sözsüz ki, 3-4 gündən bir oynamaq futbolçuları çox yorur. Bütün bunlara baxmayaraq, daha diqqətli olub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır”.
Qeyd edək ki, “Qarabağ” növbəti matçını Misli Premyer Liqasının XX turunda fevralın 14-də “İmişli”yə qarşı keçirəcək.