AZ

"Sumqayıt" yeni futbolçusu ilə müqavilənin detallarını açıqladı

"Sumqayıt" Burkina Faso millisinin üzvü Sedrik Badolo ilə müqavilənin detallarını açıqlayıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Spartak"da (Trnava) çıxış etmiş 28 yaşlı hücumçu ilə sonradan 1 il uzatmaq şərti ilə 2026/2027 mövsümünün sonunadək anlaşma imzalanıb.

Qeyd edək ki, S.Badolo karyerası ərzində "Spartak" ilə yanaşı, vətənində "Salitas", Moldovada "Şerif", Slovakiyada "Poqroniye" kimi klublarda çıxış edib. O, Burkina Faso millisinin heyətində 30 oyun keçirib.

Seçilən
40
6
fanat.az

6Mənbələr