AZ

14 fevral Bakının bu küçəsi tamamilə BAĞLANACAQ

ain.az, Milli.az portalına istinadən məlumat verir.

Aparılacaq təmir işləri ilə bağlı 14 fevral saat 07:00-dan 15 fevral saat 23:00-a qədər Bakının Sabunçu rayonunun Leyla Məmmədbəyova küçəsində (Yavər Əliyev küçəsindən Əhmədbəy Ağayev küçəsinədək olan hissədə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Milli.Az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
16
news.milli.az

10Mənbələr