AZ

Dieqo Simeone Premyer Liqa nəhəngindən təklif aldı

“Atletiko”nun baş məşqçisi Dioqo Simeone İngiltərədə çalışa bilər.

Msport.az xəbər verir ki, baş məşqçi axtarışlarını davam etdirən “Tottenhem” rəhbərliyi argentinalıya elçi düşüb.

Bu həftə postundan qovulan Tomas Frankın yerinə Simeoneni dəvət edilib. 55 yaşlı argentinalı mütəxəssisin nümayəndələri onun hazırda “Tottenhem”i idarə etməyə hazır olmadığını, lakin Madrid klubu ilə müqaviləsi başa çatdıqdan sonra, gələn yaydan etibarən istənilən iş təklifini nəzərdən keçirə biləcəyini bildiriblər. Hotspurlular müzakirələri davam etdirirlər.

Dieqo Simeone 2011-ci ildən bəri İspaniya nəhənginin baş məşqçisidir.

Qeyd edək ki, “Tottenhem” İngiltərə Premyer Liqasında 26 turdan sonra 29 xalla 16-cı yerdədir.

Seçilən
74
1
msport.az

2Mənbələr