AZ

Bakıda 7-ci Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

17-20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə 7-ci Yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Sərgidə iştirak üçün qeydiyyat linki: https://shorturl.at/WcUuS

Seçilən
36
vergiler.az

1Mənbələr