AZ

Kəpəz in yarımmüdafiəçisi xəstəxanadan açıqlama verdi

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev təxminən ay yarım - iki ay sonra yaşıl meydanlara geri dönə biləcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Teleqraf"a açıqlamasında 23 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

"Şükür, hazırda özümü yaxşı hiss edirəm. Hər şey sağalmağa doğru gedir. Hələ ki, xəstəxanadayam. Dəqiq nə zaman evə buraxılacağımı deyə bilmərəm. Hadisə ilə bağlı danışmaq istəmirəm", - deyə V.Rzayev bildirib.

Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncədə bıçaqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
6
oxu.az

7Mənbələr