AZ

Türkmənistanda “Qarabağ” və “Ahaltəkə” atları ilə bağlı əməkdaşlıq müzakirə olundu (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkmənistandakı səfiri Qismət GözəlovTürkmənistanın Aba Annayev adına Beynəlxalq Atçılıq Akademiyasınınrektoru Pıqı Bayramdurdıyev ilə görüşüb.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Şərqin nadir incilərindən olan “Qarabağ”və “Ahaltəkə” atlarının hər iki xalqın tarixi-mədəni irsində xüsusiyer tutduğu vurğulanıb. Qeyd olunub ki, “Qarabağ” və “Ahaltəkə”atları eyni qədim köklərdən qaynaqlanır, tarix və mədəniyyətinformalaşdırdığı ortaq irsi təcəssüm etdirir. Hər iki ölkədə millimaddi irsin və tarixi yaddaşın mühüm simvoludur, Azərbaycan vəTürkmənistanda ata hörmət türk mədəniyyəti və milli ənənələrinrəmzidir. Bu nadir cinslər həm idman yarışlarında, həm də maddiirsin və tarixi yaddaşın qorunmasında xüsusi rol oynayır.

Həmçinin, Azərbaycanla Türkmənistan arasında fəaliyyət göstərənBirgə Hökumətlərarası Komissiyanın müvafiq protokolunda atçılıqsahəsində əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdə tutulduğu vəbu istiqamətdə praktik addımların atılması üçün geniş imkanlarınmövcud olduğu bildirilib. Bu xüsusda ölkələrimiz arasında atçılıqidmanı, ənənəvi at oyunları, mütəxəssislər arasında təcrübəmübadiləsi, eləcə də “Qarabağ” və “Ahaltəkə” atlarının genofondununqorunmasının əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, atçılıq sahəsində gənclər və tələbələr üçüntəlim-təcrübə proqramlarının təşkili, elmi-tədris əlaqələrinininkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Ötən ilin noyabr ayında P.Bayramdurdıyevin Azərbaycana səfəriçərçivəsində Türkmənistanın məşhur “Qalkınış” at qrupunun 2026-cıildə Azərbaycanda nəzərdə tutulan nümayişinin təşkili barədə əldəolunmuş razılaşma məmnunluqla qeyd olunub. Həmin çıxış zamanı“Ahaltəkə” və “Qarabağ” atlarının birgə nümayiş proqramınıntəşkilinin əməkdaşlığa əlavə töhfə verəcəyi bildirilib.

Bununla yanaşı, görüşdə iki ölkə arasında atçılıq sahəsindəəməkdaşlığın daha da genişləndirilməsinin, bu sahədə memorandumunimzalanmasının, UNESCO və digər beynəlxalq platformalarda atçılıqsahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin hər iki ölkəüçün böyük önəm daşıdığı vurğulanıb.

Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Seçilən
18
1
az.trend.az

2Mənbələr