“Barselona”nın və Fransa millisinin müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərənin “Liverpul” klubu 27 yaşlı futbolçunun transferində maraqlıdır. Fransalı müdafiəçinin keçidi təxminən 80 milyon avroya başa gələ bilər.
Kunde 2022-ci ilin yayından “Barselona”da çıxış edir.
O, Kataloniya təmsilçisinə “Sevilya”dan transfer olunub. Cari mövsümdə 35 oyuna çıxan futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı onun bazar dəyərini 65 milyon avro qiymətləndirir.