Sumqayıtlı gənc döyüşçü qatıldığı beynəlxalq yarışda bütün rəqiblərini məğlub edib
İdmançımız Serbiyanın Belqrad şəhərində qarışıq döyüş növləri üzrə “International Mixed Martial Arts Federation” tərəfindən təşkil olunan turnirdə Azərbaycanı layiqincə təmsil edib.
Belə ki, Qafqaz Döyüş Akademiyasının tələbəsi Kənan Qulizadə (2010-2011, 44 kq) qızıl medal qazanıb. O, çempionluq yolunda Can Adanir (Avstriya), Maksim Dodzin (İsrail), Məmmədxan Markov (Azərbaycan) və Blu Kennedini (İngiltərə) məğlub edib.https://www.youtube.com/embed/jKSbXVBGMbY










