AZ

Az satıb çox qazanan “Ferrari”

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lüks avtomobillərin istehsalı ilə məşğul olan “Ferrari”nin maliyyə çətinliyi yoxdur. 

Avtosfer.az xəbər verir ki, şirkət ötən il 13 640 ədəd avtomobil satıb. Bu da 2024-cü ildəkindən 112 ədəd azdır. 

Bununla belə, şirkətin xalis mənfəəti 5 faiz artaraq 1,6 milyard avroya çatıb. Ümumi dövriyyə isə 7 faiz artaraq 7 milyard avronu ötüb.

Bu günlərdə “Apple” şirkətinin keçmiş dizaynerini işə dəvət edən “Ferrari” mayda ilk elektromobilini təqdim edəcək.

Vüqar 

Oxunub 28

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr