AZ

Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazası yaradılır

Bakı, 12 fevral, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda Milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, hazırda layihə üzrə işlərin ilkin mərhələsi planlaşdırılır. Layihənin əsas məqsədi minlərlə səsyazma və əlyazma materialını rəqəmsallaşdırmaq, onların avtomatik transkripsiyasını həyata keçirmək və janrlar üzrə təsnifatını aparan sistem qurmaqdır.

Qeyd olunub ki, təşəbbüsün reallaşdırılması üçün əlavə resurslara və dəstəyə ehtiyac var. Layihə uğurla başa çatdırılacağı təqdirdə, yaradılacaq verilənlər bazası tədqiqatçılar üçün geniş araşdırma və analiz imkanları təqdim edən mühüm platformaya çevrilə bilər.

Seçilən
136
1
azertag.az

2Mənbələr