AZ

Qazaxıstan aviaşirkəti Almatıdan Bakıya birbaşa reysləri bərpa edir

Astana. Trend:

Qazaxıstanın “Air Astana” hava yolları şirkəti Almatıdan Bakıyabirbaşa hava reyslərini bərpa edir.

Trend bu barədə“Air Astana”ya istinadən xəbər verir.

“15 mart 2026-cı il tarixindən etibarən Almatı–Bakı–Almatımarşrutu üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazargünləri yerinə yetiriləcək. Aprel ayından etibarən reyslərin sayıhəftədə üç dəfəyə, may ayından isə dörd dəfəyə çatdırılacaq: bazarertəsi, cümə axşamı, cümə və bazar günləri”, – deyə şirkətinməlumatında bildirilir.

Aviaşirkət həmçinin Atırau–Bakı–Atırau marşrutu üzrə müntəzəmreyslərin sayını həftədə üç dəfəyə qədər artırır: 18 martdanetibarən reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri; apreldənisə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinəyetiriləcək. Uçuş müddəti Almatıdan 3 saat 35 dəqiqə, Atıraudan isə1 saat 25 dəqiqə təşkil edir.

Qazaxıstan vətəndaşlarına Azərbaycana səfər etmək üçün vizatələb olunmur.

Qeyd edək ki, 2002-ci ildə təsis olunmuş “Air Astana”aviaşirkəti Qazaxıstanın aparıcı və ən böyük aviadaşıyıcısıdır.

Məqalədə:
Seçilən
12
1
az.trend.az

2Mənbələr