AZ

Fransada "Nils" fırtınası səbəbindən 850 min ev işıqsız qalıb

Fransada "Nils" fırtınası səbəbindən 850 min ev işıqsız qalıb

Fransada tüğyan edən "Nils" fırtınası nəticəsində 850 min təsərrüfatın elektrik enerjisi kəsilib.

Fransanın "Meteo-France" meteorologiya xidmətinin məlumatına görə, ölkədə şiddətli külək, sel və qar uçqunu riski ilə əlaqədar 5 departamentdə "qırmızı", 29-da isə "narıncı" təhlükə səviyyəsi elan edilib. Gecə saatlarında ölkənin cənub-qərbində küləyin sürəti saatda 162 kilometrə çatıb.

Fransanın daxili işlər naziri Loran Nunyes bildirib ki, Land departamentində avtomobilin üzərinə ağac aşması nəticəsində bir nəfər həyatını itirib, Kastelsarrazin şəhərində isə bir nəfər ağır yaralanıb. Nazir vətəndaşları ehtiyatlı olmağa və yerli təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Fransanın elektrik infrastrukturu və texniki xidmətinə məsul olan "Enedis" qurumu fırtına səbəbindən ölkə üzrə 850 min evdə elektrik kəsintisinin yaşandığını təsdiqləyib.

"Nils" fırtınası gündəlik həyata və nəqliyyata ciddi maneələr törədir

Təbii fəlakət gündəlik həyatı və nəqliyyatın hərəkətini iflic edib. Şiddətli külək nəticəsində ölkənin cənubunda, xüsusilə Bordo başda olmaqla müxtəlif şəhərlərdə ağaclar kökündən qoparaq yollara aşıb. Bu vəziyyət avtomobil yollarında, magistrallarda və qatarların hərəkətində fasilələrə səbəb olub.

Od prefekturasının yaydığı rəsmi bəyanatda fırtına ilə əlaqədar bölgədəki bütün təhsil müəssisələrinin bu gün fəaliyyətini dayandırdığı bildirilib, təxminən 10 yolun hərəkət üçün tamamilə bağlandığını qeyd edilib.

Seçilən
24
afn.az

1Mənbələr