AZ

Paytaxtda müəllim adı ilə dələduzluq edən şəxsin məhkəməsi keçirilib

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakıda vətəndaşları orta məktəblərə müxtəlif fənlər üzrə müəllim kimi işə qəbul etdirəcəyi vədi ilə aldadaraq pullarını mənimsəməkdə ittiham edilən Zaur Mustafayevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində bir nəfər dindirilib.

Daha sonra hakim heyəti digər şahidlərin növbəti iclasa məcburi qaydada gətirilməsi barədə qərar qəbul edib. Məhkəmə prosesinin davamı fevralın 26-na təyin olunub.

Xatırladaq ki, cinayət işi üzrə ümumi ziyanın məbləği 200 min manatdan artıqdır. Təqsirləndirilən şəxslər zərərçəkənləri orta məktəblərdə ixtisaslarına uyğun müəllim vəzifəsinə yerləşdirəcəklərinə inandırıblar. İttiham olunan Zaur Mustafayev Bakı şəhərində, 116 nömrəli tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Elgün Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
oxu.az

1Mənbələr