Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın ABŞ-la nüvə enerjisi sahəsində imzaladığı sazişə rəy bildirib.
Keçirdiyi brifinqdə Zaxarova deyib: “Ermənistan istənilən tərəfdaşla əməkdaşlıq etməkdə sərbəstdir, lakin Amerika nüvə texnologiyasının seçimi suallar doğurur.
Vaşinqtonun təklif etdiyi kiçik nüvə elektrik stansiyaları, xüsusən də ABŞ-da mövcud deyil – onlar yalnız kağız üzərində mövcuddur.”