Rus-erməni iş adamı Samvel Karapetyan rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının qurultayında baş nazirliyə namizəd kimi irəli sürülüb.
Qurultayda elan edilib ki, partiyanın baş nazir postuna namizədi Karapetyanın özüdür.
Hazırkı qanunvericiliyə əsasən, Ermənistan vətəndaşı ilə yanaşı digər ölkənin də vətəndaşlığını daşıyan şəxslər baş nazir vəzifəsini tuta və Milli Məclisə deputat seçilə bilməz. Karapetyan isə ikili vətəndaşlığa malikdir.
Onun qardaşı oğlu və “Bizim Yolumuz” hərəkatının koordinatoru Narek Karapetyan bildirib ki, baş nazirliyə dair tələblər Konstitusiyanın 148-ci maddəsi ilə müəyyən edilir, lakin bu meyarların Milli Məclis vasitəsilə dəyişdirilməsinin mümkün olduğunu deyib.
“Bu, Milli Məclisdə səsvermə yolu ilə dəyişdirilə bilər, konstitusiya dəyişiklikləri ilə deyil. Bəs 7 iyunda hansı seçkilər olacaq?” – o bildirib.
Narek Karapetyanın sözlərinə görə, seçkilərdən 20 gün sonra keçiriləcək Milli Məclisin ilk iclasında müvafiq qanunvericilik dəyişikliyi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar.
Aytac