AZ

Çin avtomobillərini ən çox alan Avropa ölkəsi

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son məlumatlar Çin avtomobillərinin Avropada heç də düşünüldüyü kimi geniş ayaq açmadığını göstərir.

Avtosfer.az automobile-magazine.fr saytına istinadla xəbər verir ki, Avropanın əsas avtomobil bazarları olan Almaniya və Fransada hələ ki, Çin maşınlarına ciddi tələbat yoxdur. 2025-ci ildə qitədə Çin maşınlarının bazar payı 6 faizə çatıb. Halbuki, Rusiyada göstərici bundan təxminən 5 dəfə çoxdur.

Çin avtomobillərinin ən çox alındığı Avropa ölkəsi Norveçdir. Ötən il bu Sklandinaviya ölkəsində Çin texnikasının bazar payı 13,7 faiz olub. Əgər  “Geely” qrupuna dail olan “Volvo”nu dad nəzərə alsaq, göstərici 21,5 faizə çatacaq. Bir faktı nəzərə alaq ki, əsas sahibi çinli olsa da, avropalılar “Volvo”nu asiyalı hesab etmirlər.

Avropada Çin maşınlarının ən az alındığı ölkə Fransadır. Ötən il Çin maşınlarının bu ölkədə bazar payı cəmi 3,4 faiz olub. Səbəb Çin maşını alanlara dotasiya verilməməsidir.

Vüqar

Oxunub 72

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
avtosfer.az

1Mənbələr