AZ

Rusiyayönlü milyarder seçkidə Paşinyana rəqib oldu

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Milyarder Samvel Karapetyan bu il parlament seçkilərində “Güclü Ermənistan” partiyasından Baş nazir postuna namizəd olub.

Bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Samvel Karapetyanın adı partiyanın rəsmi təqdimatında elan edilib.

Eyni zamanda, Samvel Karapetyan “Güclü Ermənistan”ın qurultayında partiyanın sədri seçilib.

Rusiyayönlü hesab olunan “Taşir” Holdiqnin sahibi Karapetyan Baş nazir Paşinyanın rəqibi sayılır.

Qeyd edək ki, Samvel Karapetyan Ermənistanda hakimiyyətin devrilməsinə çağırışlar və maliyyə maxinasiyaları ittihamları ilə məhkəmə qərarı əsasında həbs edilib.

Xatırladaq ki, Ermənistan parlamentinə növbəti seçkilər 7 iyun 2026-cı ildə keçiriləcək.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
1
azpost.info

2Mənbələr