
İzmirin Foça rayonu sahillərində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
Missiya.Az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 33 nəfər isə xilas edilib.
Əraziyə Sahil Mühafizəsinin helikopter və gəmiləri cəlb olunub. Qruplar 3 miqrantın cəsədini tapıb, 33 nəfəri isə sağ-salamat xilas ediblər.
Xilas edilənlərin ifadələrinə əsasən, Foça ilə Karaburun rayonu sahilləri arasında 4 miqrant itkin düşüb. Hazırda hava və dəniz vasitəsilə axtarış-xilasetmə əməliyyatları davam edir.
Seyranə QuliyevaMissiya.Az