AZ

Ekranların məşhur siması Beren Saat musiqi dünyasına qədəm qoyub

İllərdir karyerası ilə ekranın ən məşhur adlarından biri olan türkiyəli aktrisa Beren Saat indi tamamilə fərqli bir sahədə diqqət mərkəzindədir.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, məşhur aktrisa rəsmi olaraq musiqi dünyasına qədəm qoyub.

Saatın ilk sinqlı "CapitaliZoo" adlanır. Elektron pop musiqisi əsaslı bu mahnı həm səsi, həm də konsepsiyası ilə seçilir. Mahnının ingilis dilində olması onun hədəf auditoriyasının yalnız Türkiyə ilə məhdudlaşmadığını göstərir.

Mahnı qısa müddətdə sosial mediada böyük əks-səda doğurub. Pərəstişkarları Saatın musiqiyə keçidini "cəsarətli" və "təəccüblü" bir addım kimi qiymətləndiriblər. Bəziləri bunu bəyənib, bəziləri isə yox.

İlahə Qənbərli

Missiya.Az

Посмотреть эту публикацию в Instagram

Публикация от BErEn Saat (@berenn_saat)

Seçilən
39
missiya.az

1Mənbələr