AZ

Rusiyaya PUA-sı Türkiyəyə düşdü

Türkiyənin Milli Müdafiə Nazirliyi ölkənin Ordu vilayətinin şimal-şərqində Rusiya silahlı qüvvələrinə məxsus olduğu güman edilən pilotsuz uçuş aparatının (PUA) aşkarlandığını bildirib.

Sitat.info  Türkiyə Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Ünye rayonundakı qəza yerinə xüsusi təyinatlı qüvvələr göndərilib.

Aparılan təhlillər nəticəsində dronun partlayıcı maddə daşımadığı məlum olub.

Aşkar edilən PUA əlavə müayinə üçün Ünye rayonundakı polis idarəsinə aparılıb.

Türkiyə mediasının məlumatına görə, son iki ayda bu ölkədə aşkarlanan dronların sayı beşə çatıb.

Seçilən
14
5
sitat.info

6Mənbələr