AZ

Yulaf sıyığını daha doyumlu etmək üçün 7 sağlam əlavə – mütəxəssislər tövsiyə edir

Yalnız yulaf sıyığı ilə qidalanmaq bir çox hallarda uzunmüddətli toxluq hissi təmin etmir.Səbəb isə onun zülal (protein) miqdarının nisbətən az olmasıdır.

 

Pravda.az bildirir ki, dietoloqlar səhər yeməyini daha balanslı və doyumlu etmək üçün yulaf sıyığına əlavə qida maddələri qatmağı məsləhət görürlər.

 

Onların tövsiyə etdiyi 8 sağlam əlavə bunlardır:

 

Süd – Sıyığı su əvəzinə südlə bişirmək zülal dəyərini artırır və daha kremli dad verir.

 

Pendir – Seçilən növdən asılı olaraq əlavə zülal mənbəyi ola bilər.

 

Fındıq və ya fıstıq əzməsi – Sağlam yağlar enerji verir, toxluq müddətini uzadır.

 

Toxumlar (çia, kətan, kenevir) – Lif və omeqa-3 yağ turşuları ilə zəngindir.

 

Qoz-fındıq – Həm zülal, həm də sağlam yağ mənbəyidir.

 

Yumurta – Sıyığa qarışdırıldıqda zülal miqdarını əhəmiyyətli dərəcədə artırır.

 

Tofu (soya pendiri) – Xüsusilə bitki əsaslı qidalananlar üçün yaxşı alternativdir.

 

Əminə Bayramova

Tarix: 12 Fevral 2026, 15:20   
Seçilən
107
25
pravda.az

10Mənbələr