AZ

"Real"ın Entso Fernandes planı

"Çelis"nin yarımmüdafiəçisi Entso Fernandes karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "DS Sports" məlumat yayıb.

"Kral klubu"Fernandesi yayda heyətinə qatmağı planlaşdırır. Madrid 25 yaşlı orta xətt oyunçusu üçün İngiltərə klubuna 60 milyon avro və Eduardo Kamavinqanı təklif edəcək.

Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yanvarında "Benfika"dan 121 milyon avroya transfer edib. Argentinalı dünya çempionu bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
4
1
sportal.az

2Mənbələr