"Tottenhem"in keçmiş baş məşqçisi Angelos Postekoqlu London təmsilçisi haqda fikirlərini bölüşüb.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, mütəxəssis "Tottenhem"in böyük klub olmadığını deyib:
"Aydındır ki, "Tottenhem"in əla stadionu, infrastrukturu var. Amma xərclərə, xüsusən də əmək haqqı strukturuna baxsanız, görərsiniz ki, "Tottenhem" TOP klub deyil. Mən bunu gördüm.
"Tottenhem"in mentalitetini dəyişdirməyə çalışdım. İkinci ilimdə kubok qazanmaqla bağlı bütün danışıqlarım klubun inkişafı üçün idi. Klub daxilində heç kim bəzi şeyləri deməyə cəsarət etməzdi. Çünki onlar çox qorxurdular. "Tottenhem" bir neçə dəfə yeni titullara yaxın idi. Amma onlar hər şeyi məhv etdilər və sonra yenidən başladılar. Görəsən nəyə nail olmağa çalışırlar?".
Postekoqlounun rəhbərliyi altında "Tottenhem" 2024/25 mövsümündə Avropa Liqasının qalibi olub. Angelos 2025-ci ilin oktyabrında istefaya göndərilib.