AZ

Hafiz Hacıyev Ramiz Mehdiyevin evindəki puldan danışdı

“17 milyon nədir ki? Ramiz Mehdiyevin milyardlarla pulu xarici banklarda və dövlətlərdədir”.
 
NOCOMMENT.az xəbər verir ki, bu sözləri  açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
 
O bildirib ki, Ramiz Mehdiyev bu işlərdə tək deyil:
“Ramiz Mehdiyevin xarici dövlətlərə göndərdiyi sənədlər, telefon danışıqları artıq sübuta yetirilib. Ona görə də bu gün çox ciddi işlər başlanmalıdır.
Təkcə Ramiz Mehdiyev deyil, keçmiş hökumət üzvləri, 90-cı illərdən qalan şəbəkələr bu prosesdə fəaldır. Dövlətin nüfuzunu salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər və Ramiz Mehdiyevin tapşırıqları ilə hərəkət edirlər”.
Sədr qeyd edib ki, Mehdiyevin ətrafında olan müəyyən şəxslər dərhal həbs olunmalıdır:
“İstər daxildəki, istərsə də xaricdəki müxalifət olsun-hamısı əlbir olub yenə də dövlətə qarşı çıxmaq istəyirlər. Təcili olaraq hərəkətə keçilməlidir. Mehdiyevin ətrafında olan müəyyən şəxslər dərhal həbs olunmalıdır. Əbülfəz Qarayev çox ciddi fəaliyyət göstərir. Müəyyən şəxslər orada-burada görüşürlər, müəyyən addımlar atırlar. Məqsəd Prezidentin apardığı uğurlu xarici siyasəti gözdən salmaqdır. Daxildə və xaricdə yalan şayiələrin yayılması və digər bu kimi məsələlərdə Ramiz Mehdiyev və onun ətrafındakı insanların rolu var”.
O bildirib ki, Ramiz Mehdiyev ev dustaqlığında olsa belə, fəaliyyətinə davam edir:
“Müəyyən şəxslər xalqın beynində çaşqınlıq yaratmağa çalışırlar və bu, müəyyən qədər təsir də göstərir. Onlar ideoloji baxımdan çox fəaldırlar və ölkə daxilində də gərginlik yaratmaq istəyirlər. Ramiz Mehdiyev içəridədir, digərləri isə çöldədir. Məsələn, Fuad Qəhrəmanlı Fransaya gedib və orada Azərbaycan əleyhinə fəaliyyət göstərir. Bu gün Fransa Milli Assambleyasının bizə qarşı qərarları da bunun nəticəsidir.
Ramiz Mehdiyev ev dustaqlığında olsa belə, fəaliyyətinə davam edir”.
H.Hacıyev vurğulayıb ki, Ramiz Mehdiyevin ətrafındakılarının uşaqları belə anti-Azərbaycan təbliğatı aparırlar:
“Əsas fiqurların çoxu xaricdədir və çox ciddi şəkildə anti-Azərbaycan təbliğatı aparırlar. Ramiz Mehdiyevin tərəfdarları, yaxınları, hətta övladları belə xaricdə Azərbaycan əleyhinə işləyirlər”. (AZXEBER.COM)
Seçilən
20
1
nocomment.az

2Mənbələr